Tələbələr hərbi xidmətə çağrılmayacaqlar?

Tələbələr hərbi xidmətə çağrılmayacaqlar?

Bu arada Gürcüstanın Müdafiə Nazirliyi, hərbi xidmətin tələbələr üçün məcburi olmayacağını bəyan edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Azadlıq” radiosunun Gürcüstan xidməti yazır.

Maraqlıdır ki, daha əvvəl, ölkə parlamentində Gürcüstanın yeni “Müdafiə Məcəlləsi” ilə bağlı dinləmələr keçirildiyi xəbər verilmişdi.

Dinləmələrdə 2025-ci ildən hərbi çağırışın tələbələr üçün məcburi ola biləcəyi ehtimal olunurdu, lakin...

İndi isə Gürcüstanın Müdafiə Nazirliyi, layihənin yalnız könüllülük əsasında tələbələrə şamil olunacağını bildirib.

Beləliklə gürcüstanlı tələbələr bundan sonra özləri üçün məqbul şərtləri seçə biləcəklər.

Mövcud qanunvericiliyə əsasən, tələbələr universitet təhsilini başa vurana qədər hərbi xidmətdən möhlət verə bilərlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə