Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 47 mini keçib

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 47 mini keçib

Türkiyədə fevral ayında baş verən zəlzələlərin qurbanlarının sayı 47 mini keçib.

SİA-nın əldə etdiyi məlumata görə, bu rəqəmi martın 10-da prezident Rəcəb Tayyib Ərdoğan ümumi seçkilərin keçirilməsi ilə bağlı fərmanın imzalanmasından sonra çıxışı zamanı açıqlayıb.

Bundan əlavə, 115 mindən çox vətəndaş zərər çəkmiş və xilas edilmişdir. “Əsrin fəlakəti bir növ 10 əyalətdə 14 milyona yaxın vətəndaşın həyatına təsir etdi”, -bunu da Türkiyə lideri bildirib.

Ərdoğan həmçinin uçan və uçmaq təhlükəsi ilə üzləşən binaların sayının 270 mindən çox olduğunu da bildirib.

Xatırladaq ki, BMT Türkiyədə zəlzələ nəticəsində dəymiş ziyanın 100 milyard dolları keçəcəyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələni dünyanın ən böyük fəlakətlərindən biri adlandırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə