Mövlud Çavuşoğlu Filippo Qrandi ilə görüşüb

Mövlud Çavuşoğlu Filippo Qrandi ilə görüşüb

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, rəsmi ''Twitter'' səhifəsində paylaşım edən Mövlud Çavuşoğlu Filippo Qrandi ilə fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlər və təsirlərini müzakirə etdiklərini bildirib.

Mövlud Çavuşoğlu həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino ilə görüşüb.
Bu barədə Mövlud Çavuşoğlu rəsmi internet səhifəsində paylaşım edib. Mövlud Çavuşoğlu zəlzələdən sonra göstərdikləri həmrəyliyə görə Antonio Vitorinoya təşəkkür etdiyini və gələcəkdə həyata keçiriləcək layihələri müzakirə etdiklərini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə