Onuncu sanksiya Rusiyaya qarşı tətbiq edilən sonunucu sanksiya olacaq?

Onuncu sanksiya Rusiyaya qarşı tətbiq edilən sonunucu sanksiya olacaq?

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar tətbiq etmək imkanlarını demək olar ki, tükənib. Yəni belə görünür ki, Rusiyada sanksiya siyahısına salmağa daha heç nə qalmayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell bildirib.

Beləliklə, ispan diplomatın sözlərinə görə, sanksiya təzyiqi baxımından görülə biləcək çox şey qalmayıb.

“...Lakin biz maliyyə və hərbi dəstəyi artırmağa davam edə bilərik”-deyə Borrell əlavə edib.

Xatırladaq ki, Avropa Parlamentinin deputatı Terri Mariani, Rusiyaya qarşı tətbiq edilən onuncu sanksiyalar paketinin Avropa İttifaqındakı fikir ayrılıqlarına görə sonuncu ola biləcəyini dilə gətirib.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların işə yaramayan bir vasitə olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə