Türkiyədə yenidən zəlzələ baş verdi

Türkiyədə yenidən zəlzələ baş verdi

Türkiyənin Kayseri şəhərində 4,8 bal gücündə zəlzələ baş verib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ şəhərin Hacılar adlı ərazisində qeydə alınıb.

Yeraltı təkanlar nəticəsində xəsarət alanların olmadığı bildirilir. Zəlzələ anı kameralara da əks olunub.

Bununla yanaşı, martın 7-si Kayseridə ard-arda 3 zəlzələ baş vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə