Almaniyada ölənlərin sayı 7-yə çatıb

Almaniyada ölənlərin sayı 7-yə çatıb

Cümə axşamı Almaniyanın Hamburq vilayətinin Alsterdorf şəhər ərazisində yerləşən “Yehova şahidləri” dini təşkilatının yerli mərkəzində atışma nəticəsində həlak olanların sayı 7-yə çatıb, 24 nəfər yaralanıb. SİA TASS-a istinadla xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Yaralananlardan 7-sinin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, atəş açan cinayətkarlar hadisə yerindən qaça biliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə