Putinin həmkarı ilə telefon danışığının təfərrüatları məlum oldu

Putinin həmkarı ilə telefon danışığının təfərrüatları məlum oldu

Rusiya prezidenti Vladimir Putin misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə telefon danışığı aparıb. SİA Lenta.ru-ya istinadən xəbər verir ki, prezidentlər arasındakı söhbətin təfərrüatları Kremlin rəsmi saytında açıqlanıb. Mətbuat xidmətinin məlumatına görə, dövlət başçıları Rusiyanın kənd təsərrüfatı məhsullarının Misirə tədarükü, o cümlədən enerji və sənaye sahələrində birgə iri layihələrin həyata keçirilməsinə toxunublar. Bu məsələlər yaxın günlərdə ikitərəfli Hökumətlərarası Komissiyanın Qahirədə keçiriləcək iclasında müzakirə olunacaq. Bundan əlavə, Putin Qara dəniz limanlarından Ukrayna taxılının ixracı və Rusiyadan dünya bazarlarına ərzaq və gübrə ixracına dair İstanbul sazişləri paketinə Moskvanın yanaşmalarını açıqlayıb və onların hərtərəfli həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Tərəflər həmçinin Yaxın Şərq və Şimali Afrikada böhranlı vəziyyətlərin həlli üçün birgə səylərin əlaqələndirilməsini davam etdirmək barədə razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə