Bu arada Belarus Dövlət Təhlükəsizlik Komitəsinin operativ əməkdaşı Belarusun Maçulişçi aerodromunda Rusiyanın "A-50" təyyarəsinə edilən hücumda Polşa xüsusi xidmət orqanlarının mümkün əli olduğunu açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Belarus 1” telekanalının efirində bildirilib.
Deməli, verilən xəbərə görə, hücumda hal-hazırda Polşa ərazisində olan qaçaqlar arasından bir neçə nəfərin iştirak etməsi bunu sübut edir.
Belə ki, bu şəxslər Belarus Respublikası ərazisinə məhvedici silahların, pilotsuz təyyarələrin çatdırılmasının təşkili, terrorçunun Belarus Respublikası ərazisinə daxil olmasını təmin etmək, onun təxliyəsi üçün marşrutların hazırlanması və həyata keçirilməsi ilə məşğul olurlar.
O da bildirilib ki, təxribatda şübhəli bilinən Nikolay Şvetsin təxliyə kanalının təşkilində iştirak edib.
Onun sözlərinə görə, o, Belarusa Stolindəki qohumlarını ziyarət etmək bəhanəsi ilə gəlib.
“Şvetsin dövlət sərhədini qanunsuz keçməsi ilə təxliyə etmək üçün ilkin plan uğursuzluğa düçar olduqdan sonra o, təcili olaraq Polşaya aparılıb”.
Yeri gəlmişkən, martın 7-də Belarus prezidenti Aleksandr Lukaşenko Maçulişçi aerodromunda təxribat cəhdində iştirak edən şəxsin ölkədə saxlanılmasından danışıb. O qeyd edib ki, İT mütəxəssisi olan şəxs 2014-cü ildə Ukrayna Təhlükəsizlik Xidmətinə işə götürülüb. Onun sözlərinə görə, saxlanılan şəxsin Rusiya və Ukrayna pasportları var. Siyasətçi vurğulayıb ki, Rusiya təyyarəsinin məhv edilməsi əməliyyatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə birlikdə Kiyevdə hazırlanıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB