Rusiya və BMT nümayəndələri bu tarixdə görüşəcək

Rusiya və BMT nümayəndələri bu tarixdə görüşəcək

13 martda Cenevrədə Rusiya ilə BMT arasında taxıl sazişi üzrə görüş keçiriləcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Martın 13-də Rusiya nümayəndə heyətinin iştirakı ilə BMT-nin yüksək səviyyəli nümayəndələri arasında Cenevrədə məsləhətləşmələrin keçirilməsi planlaşdırılır. Bu görüşdə taxıl sazişi müzakirə ediləcək və qərarlar qəbul ediləcək”, - deyə Zaxarova vurğulayıb.

Zaxarova qeyd edib ki, Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrin daşınması üzrə maneələr aradan qaldırılmayana qədər sazişin uzadılmasını düşünmür.

Bütün xəbərlər Facebook səhifəmizdə