NATO Artemovskdakı vəziyyəti tam başa düşmür..?

NATO Artemovskdakı vəziyyəti tam başa düşmür..?

Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun sözçüsü Sergey Çerevatıy, NATO-nun hərbi ekspertlərinin Artemivskdə (Baxmut) baş verənlərin mahiyyətini tam başa düşmədiklərini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Çerevatıy, Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberqə, yaxın gələcəkdə Artemovskın (Baxmut) Ukrayna Silahlı Qüvvələrinə təslim olma ehtimalını və şəhərin Rusiyanın nəzarətinə keçməsinin mümkünlüyünü etiraf edib.

Qeyd edək ki, NATO-nun baş katibi bir daha Ukrayna və Qərb ölkələrini Rusiyanın imkanlarını qiymətləndirməməkdən çəkinməyə çağırıb.

Bunu da ruslar, xüsusi olaraq qeyd ediblər.

Çerevatıyın dediyinə görə, hazırda NATO üçün buradakı müharibənin məntiqini tam başa düşmək çətindir...

Xatırladaq ki, bundan əvvəl “Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojin Rusiya qüvvələrinin Artemovskdan (Baxmut) şimal-qərbdə yerləşən Dubovo-Vasilevka kəndini nəzarətə götürdüyünü bildirmişdi.

Bir gün əvvəl o, xəbər vermişdi ki, vaqnerçilər Donetsk Xalq Respublikasının Artemovsk (Baxmut) şəhərinin bütün şərq hissəsini tam nəzarətə götürüblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə