Gürcüstana getməyin, ölkədə olanlar isə...

Gürcüstana getməyin, ölkədə olanlar isə...

Rusiya hökuməti ölkədə baş verən etirazlarla əlaqədar vətəndaşlara Gürcüstana getməməyi tövsiyə edir.

SİA-nın əldə etdiyi məlumata görə, hazırda Gürcüstanda olanlara Tbilisi və Batuminin mərkəzinə getməmək tövsiyə olunur.

Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin ruslara Gürcüstana səfərlərdən imtina etmək tövsiyəsi, bu ölkənin paytaxtında və digər şəhərlərdə qeyri-sabit vəziyyətlə bağlıdır.

Hakimiyyət Rusiya Federasiyası vətəndaşlarına Qafqaz respublikasına səfərdən çəkinməyi tövsiyə edir. Hazırda Gürcüstanda olanlara Tbilisinin mərkəzi və ya Batumi kimi insanların çox olduğu yerlərə getməmələri tövsiyə olunur.

Lazım gələrsə, kömək üçün müstəqil rusiyalı səyahətçilər İsveçrənin Gürcüstandakı səfirliyinin Rusiya maraqları bölməsinə müraciət edə bilərlər. Turist qruplarının tərkibində Qafqaz Respublikasında olan vətəndaşlar Turistlərə Yardım Assosiasiyası ilə telefonla əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, Gürcüstanda xarici agentlər haqqında qalmaqallı qanunla bağlı etirazlar bir neçə gündür davam edir. Cümə axşamı günü hakim "Gürcü Arzusu" partiyası kütləvi etirazlara görə qanunu geri götürüb, lakin müxalifət iri şəhərlərdə mitinqlərini davam etdirir. 100-dən çox adam saxlanılıb. Bu dəqiqələrdə Tbilisidə də aksiya keçirilir - minlərlə insan parlament binasına gəlib, məhbusların azadlığa buraxılmasını tələb edir, hakimiyyətə etimadsızlıq nümayiş etdirir və qanunun ləğvini tələb edirlər.

Qeyd edək ki, prezident Salome Zurabişvili də xarici agentlər haqqında qanunun əleyhdarıdır və ona veto qoymağı planlaşdırırdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə