...Yanvar ayında yerli polis əməkdaşı mağazaya gəldi və pasportsuz mismar satışının dayandırılmasını tələb etdi. Hazırda biz mismar alan şəxsin pasport məlumatlarının şəkillərini çəkirik, həmçinin dəftərdə onun aldığı mismarın çəkisini göstəririk. Hər ay da rayon polis işçisi gəlib dəftəri yoxlayır. Bizə xəbərdarlıq edilib ki, pasportsuz mismar satmaq cərimə və hətta inzibati həbslə nəticələnir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu adının çəkilməsini istəməyən satıcılardan biri bildirib.
Qeyd edim ki, tələsməyin, bunlar bizdə - Azərbaycanda yox, Tacikstanda yaşananlardır.
Belə ki, tacik jurnalistlərindən birinin yazdığına görə, məsələ ilə bağlı hakimiyyət orqanlarından, o cümlədən Tacikistan Daxili İşlər Nazirliyindən şərh almaq cəhdləri nəticəsiz qalıb.
Amma sonradan tacik jurnalist, deyəsən, ipucu tapa bilib.
Belə ki, hələ 2017-ci ildə Tacikstan hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri, bəzi növ tikinti materiallarının pasportsuz satışının qadağan edilməsi əmrinin ölkədə terror aktlarının qarşısını almaq üçün verildiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB