Belə görünür ki, VI, VII və VIII çağırış Rusiya Dövlət Dumasına deputat seçilən Aleksey Juravlyovu böyük həsrətlə ümid bəslədiyi “Cənab Moroz” da, ruslar demiş, “podvodit” eləyib. Niyə?
Budur, martın 9-da keçirilən ticarət zamanı Avropada qazın qiyməti min kubmetr üçün 450 dollardan aşağı düşüb.
Amma Juravlyov, deməkdən başqa, həm də rusları qışda Qərbin “Cənab Moroz”dan donacağını və gəlib Putinə yalvaracaqlarını demişdi.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 2021-ci ilin iyul ayının sonundan bəri qaz qiymətində belə bir azalma olmamışdı. Deməli, rusun bazarı batdı?
Beləliklə, Hollandiyanın TTF qovşağında aprel fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 443 dollara düşüb. Və ya MVt/saat üçün 40,6 avro.
Ümumilikdə, gün ərzində Avropa İttifaqında qazın qiyməti təxminən 4 faiz ucuzlaşıb.
Xatırladaq ki, İsveçrə 2023-2024-cü illərin qışının ölkə üçün 2022-2023-cü illərin qışından daha çətin keçəcəyi barədə xəbərdarlıq etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB