Alyaksandr Lukaşenka dövlətə xəyanətə görə vəzifəli şəxslərə ölüm cəzası təyin edən “Cinayət Məsuliyyəti haqqında məcəllələrə dəyişiklik edilməsi haqqında” qanunu imzalayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri martın 9-da dövlət başçısının mətbuat xidməti yayıb.
Belarus prezidenti dövlət əleyhinə cinayətlərə görə məsuliyyətin gücləndirilməsi haqqında qanun imzalayıb. Açıqlamada qeyd edildiyi kimi, sənədin əsas məqsədi ekstremist (terrorçu) və dövlət əleyhinə cinayətlərə qarşı mübarizəni gücləndirməkdir.
Lukaşenkonun imzaladığı qanun layihəsi Belarusun mövcud cinayət qanunvericiliyinə bir sıra düzəlişlər edir.
Xüsusilə, bu yeniliklərdən biri vəzifəli şəxs tərəfindən dövlətə xəyanətə görə cinayət məsuliyyətinin dövlət vəzifəsini tutan bütün şəxslərə qarşı müstəsna cəza tədbiri - ölüm cəzasına qədər uzadılmasıdır.
Eyni zamanda, vəzifəli şəxs və ya hərbi qulluqçu tərəfindən dövlətə xəyanətə görə müstəsna cəza tədbirinin - ölüm hökmünün tətbiqi mümkünlüyü tətbiq edilir.
Bununla yanaşı, dövlət əleyhinə cinayətlərə görə cinayət məsuliyyətindən əlavə, 50 min əsas vahidə qədər cərimə nəzərdə tutulub.
Qəbul edilmiş digər düzəlişlərə terrorizmi təbliğ etmək, Belarus ordusunu və digər hərbiləşdirilmiş təşkilatları nüfuzdan salmaq, habelə dövlət sirrinin mühafizəsi tələblərini pozmaq üçün cinayət məsuliyyətinin tətbiqi daxildir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB