Gürcüstanda etiraz aksiyasının miqyası genişlənir

Gürcüstanda etiraz aksiyasının miqyası genişlənir

Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyasının miqyası genişlənib.

SİA APA-ya istinadən xəbər verir ki, Gürcüstanın müxtəlif universitetlərində təhsil alan tələbələr də Rustaveli prospektində keçirilən aksiyaya qoşulublar. Onlar "Gürcüstan", "Avropa", "Rusiya qanununa yox" kimi şüarlar səsləndirirlər.

Aksiyada Gürcüstanın və Avrropa İttifaqının himnləri səsləndirilib.

Əraziyə çox sayda polis və təcili tardım maşınları cəlb edilib, parlament binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə