Bu arada Belarus hərbçiləri uzun müddətdən bəri anbarlarda qalıb pas atan hərbi texnikanın bir hissəsini çıxarıb, onların döyüş hazırlığını yoxlayıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, bu, Belarus Silahlı Qüvvələrinin “tapşırıqları nəzərdə tutulduğu kimi yerinə yetirməyə hazır olmasının” ümumi yoxlamasının bir hissəsidir.
O cümlədən, Qərb Əməliyyat Komandanlığının mexanikləşdirilmiş briqadasının maddi təminat bölmələri yoxlanılır.
Deyilənə görə, anbardan çıxarılan avtomobillər poliqonlarda bir sıra döyüş hazırlığı tapşırıqlarını yerinə yetirəcək.
Bundan əlavə, mətbuat xidməti qeyd edir ki, hərbçilərə “qoşunları lazımi maddi-texniki təchizatla təmin etmək üçün bütün tapşırıqları praktiki olaraq hazırlamaq” tapşırılıb.
Xatırladaq ki, fevralın əvvəlində Belarus Müdafiə Nazirliyi Litva ilə sərhəd yaxınlığındakı poliqonda tank ekipajlarının təlimlərinin keçirildiyini elan edib.
Bundan əlavə, yanvar ayında Rusiya və Belarus arasında birgə taktiki uçuş təlimləri keçirilib.
Bu arada Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç, bu təlimlərin başqa ölkələrə qarşı yönəlmədiyini də ərz edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB