Türkiyənin Səudiyyə Ərəbistanı ilə ticarət həcmi rekord həddə artıb

Türkiyənin Səudiyyə Ərəbistanı ilə ticarət həcmi rekord həddə artıb

Türkiyənin Səudiyyə Ərəbistanına ixracı cari ilin yanvar-fevral aylarında rekord həddə artıb.

İki ölkə arasında ticarət əlaqələrinin yenidən qurulması, ixrac həcminin artırılması istiqamətində atılan addımlar qısa müddətdə töhfə verib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyənin Səudiyyə Ərəbistanına ixracatı yanvar-fevral aylarında ötən ilin müvafiq dövrünə müqayisədə 32 dəfə artaraq 11 milyon 209 min dollardan 367 milyon 363 min dollara yüksəlib. Beləcə sözügedən dövrdə Səudiyyə Ərəbistanı Türkiyənin ən çox ixrac etdiyi 22-ci ölkə olaraq qeydə alınıb.

Türkiyəndən ilin ilk 2 ayında ən çox məhsul ixrac edilən ölkələr arasında Almaniya (3 milyard 105 milyon dollarla) ilk sırada qərarlaşıb. Bu ölkəni 1 milyard 896 milyon dollarla ABŞ, 1 milyard 775 milyon dollarla İtaliya, 1 milyard 697 milyon dollarla Böyük Britaniya, 1 milyard 572 milyon dollarla Rusiya izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə