Zaxarova hələ ki, irad bildirib...

Zaxarova hələ ki, irad bildirib...

Bu dəfə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşa ilə bağlı narazılığını bildirib.

Onun dediyinə görə, guya Varşava Ukrayna ərazisinin inkişafın kömək edir.

SİA-nın əldə etdiyi məlumata görə, Zaxarova bunu havadan demir, tutarlı əsaslar gətirir.

Məsələn o, Polşanın “Lyubava” şirkətinin Ukraynanın Volın vilayətində hərbi səhra təlim mərkəzi tikməsi ilə bağlı mətbuatda dərc olunan məlumatı diplomat belə şərh edib. Zaxarovanın dediyinə görə, bu boyda iş Polşanın Ukrayna münaqişəsində birbaşa iştirakı ilə dolu olması faktı olduğu Varşavada heç kimi narahat etmir.

Zaxarovanın sözlərinə görə, reallıqda söhbət Varşavanın yerləşdiyi yer adı çəkilən mərkəz olacaq “Polşa könüllü legionu” adlandırılan qüvvələrin sayını artırmaq üçün öz infrastrukturunu yerləşdirmək niyyətindən gedir.

“Əslində bu legion Qərbi Ukrayna ərazilərində dövlət orqanlarının və hüquq-mühafizə orqanlarının fəaliyyətinə nəzarət etmək üçün komendant hissələri formalaşdırmaq üçün yaradılır”.

Qeyd edək ki, bunu da rusiyalı rəsmi nümayəndə bildirib.

“...Ukraynanın bərpasını Polşanın iştirakı olmadan təsəvvür etmək çətindir”.

Bilirsiniz bunu kim deyib?

Bir müddət bundan əvvəl Polşa prezidenti Anjey Duda...

Təbii ki, Zaxarova hələ ki, “xox”-zad gəlmir, sadəcə olaraq, hələ ki, irad bildirir...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə