Türkiyə sanksiyalara məruz qalan malların Rusiyaya tranzitini dayandırıb
Türkiyə sanksiya tətbiq edilən malların Rusiyaya tranzitini dayandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant FM”ə bazar iştirakçıları bildiriblər.
Qeyd edək ki, burada söhbət paralel idxal vasitəsilə Rusiya Federasiyasına tədarük olunan sanksiyaya məruz qalan məhsullardan gedir.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Türkiyə gömrük sistemi belə malların rəsmiləşdirilməsini əngəlləyir. Ona görə də bazar iştirakçıları təcili olaraq alternativ yollar axtarmalı olurlar.
Yeri gəlmişkən, bazar iştirakçılarının etirafına görə, onlar rəsmi əmr və qərarlar gözləmirlər. Çünki bununla Türkiyə keçən il Rusiyaya sanksiya tətbiq edilən malların tədarükündə iştirak etdiyini açıqlayacaqdı.
“Ona görə də informasiya ancaq qeyri-rəsmi kanallar vasitəsilə və kobud desək,.. praktikada ortaya çıxacaq. Məsələ bundadır ki, bu günə qədər Türkiyədə Rusiyaya tranzit və ixrac marşrutlarının emalı sistemi işləmir”
Qeyd edək ki, bunu “Transasia Logistics”in kommersiya direktoru Valeriya Savenkova bildirib.
Yeri gəlmişkən, “Bloomberg” daha əvvəl ABŞ-ın Türkiyədən Rusiyaya mal ixracını dayandırmasını tələb etdiyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB