Həyatını itirənlərin sayı 21 nəfərə çatıb

Həyatını itirənlərin sayı 21 nəfərə çatıb

İndoneziyanın Natuna adalarında leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 21 nəfər həyatını itirib, 50 nəfər itkin düşüb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, İndoneziyanın Natuna adalarında yağan aramsız yağışlar torpaq sürüşməsinə səbəb olmuşdu.
Axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bölgədə həyatını itirənlərin sayının arta biləcəyi istisna olunmur.
Son günlər yağan aramsız yağışlar ölkənin bir sıra bölgəsində torpaq sürüşmələrinə səbəb olub.
2022-ci ilin noyabr ayında Qərbi Javanın Cinjur şəhərində baş verən 5,6 bal gücündə zəlzələnin səbəb olduğu torpaq sürüşməsi nəticəsində əksəriyyəti uşaq olmaqla 335 nəfər həyatını itirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə