Fırtına və daşqınlar snəticəsində 117 nəfər həyatını itirib

Fırtına və daşqınlar snəticəsində 117 nəfər həyatını itirib

Şərqi Afrika ölkəsi Mozambikdə fırtınalar və daşqınlar səbəbindən fevral ayından etibarən 117 nəfər həyatını itirib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Mozambik Baş naziri Adriano Meliane məclisdə etdiyi çıxışda ölkədə yaşanan təbii fəlakətlərin səbəb olduğu fəsadlarla bağlı məlumat verib. Adriano Meliane yaşanan fırtına və daşqınlar səbəbindən 117 nəfərin öldüyünü, 272 nəfərin də zərər çəkdiyini bildirib.
Maliane təbii fəlakət səbəbindən 50 min evin dağıldığını, 686 sinif və 69 tibb mərkəzinin yararsız hala gəldiyini, magistral yollara ziyan dəydiyini və 73 min hektar əkinçilik sahəsinin su altında qaldığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə