Bu arada Estoniya prezidenti Alar Karis “Silah haqqında” qanun imzalayıb.
SİA-nın əldə etdiyi məlumata görə, qanuna əsasən bu ölkədə yaşayan belarus və ruslara silah sahibi olmaq qadağan edilir.
Qbeləliklə, qəbul edilmiş qanuna əsasən, artıq Estoniyada silah sahibi olmaq üçün icazəni yalnız Estoniyada yaşamaq icazəsi olan və ya yaşayış hüququ əsasında bu ölkədə yaşayan Avropa İttifaqı və NATO-ya üzv dövlətlərin vətəndaşları ala bilərlər.
“Bundan sonra Estoniyada silah gəzdirmək icazəsi yalnız Estoniyada yaşamaq icazəsi olan və ya Estoniyada yaşamaq icazəsi əsasında yaşayan Avropa İttifaqı və NATO-ya üzv dövlətlərin vətəndaşlarına veriləcək”
Qeyd edək ki, bu Estoniya Prezident Aparatının verdiyi qanunda deyilir.
Yeri gəlmişkən, tətbiq edilən qanunr respublikada yaşayan 683 əcnəbi vətəndaşa şamil ediləcək ki, onların da əksəriyyəti belarus və ruslardır. Xatırladaq ki, bunlardan 595 nəfəri vətəndaşlığı olmayan şəxslərdir.
Onların hamısı silahlarını satmalı və ya polisə təhvil verməli olacaqlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB