“Rusiya işğalçılıq müharibəsi aparır” - DEPUTAT DANIŞDI

“Rusiya işğalçılıq müharibəsi aparır” - DEPUTAT DANIŞDI

“Rusiya Ukraynanın müəyyən ərazilərinin ona məxsus olduğunu deyərək, oradakı əhalinin müraciətləri nəzərə alaraq guya ərazilərini azad etməyə çalışır. Ancaq fakt belə deyil, Rusiya işğalçılıq müharibəsi aparır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, xalq Ukrayna tərəfindədir: "Ukrayna bütün torpaqlarını işğaldan azad edənə qədər müharibənin dayanmacağını bəyan edir. Lakin müharibənin nə zaman bitəcəyi ilə bağlı proqnoz vermək çətindir, bunu bizə gedişat göstərəcək. Təbii ki, Ukraynanın özünün tək başına qalib gələ biləcək gücü yoxdur. Ukrayna ona vəd verən, silah və maliyyə ilə təmin edən Qərb dövlətlərinə arxayındır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə