Hollandiya Çinə məhdudiyyət qoydu

Hollandiya Çinə məhdudiyyət qoydu

Hollandiya hökuməti çip istehsal edən avadanlıqların Çinə ixracına əlavə məhdudiyyətlər tətbiq edəcəyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki,

Hollandiyanın Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq naziri Liesje Şraynmaxerin parlamentə təqdim etdiyi məktubda Çinə yarımkeçirici istehsal edən avadanlıqların ixracına əlavə məhdudiyyətlər barədə məlumat daxil edilib. “Hökumət texnoloji inkişaflar, geosiyasi vəziyyət və beynəlxalq təhlükəsizlik baxımından yarımkeçiricilər istehsal edən avadanlıqların ixracına qoyulan məhdudiyyətləri genişləndirmək qərarına gəlib”, - deyə, Şraynmaxerin məktubunda deyilir.

Məktubda qeyd olunub ki, çip istehsalı avadanlıqlarının ixracına gətirilən əlavə lisenziya öhdəliyi ilə bu maşınların hərbi texnologiyada istifadəsinin qarşısının alınması və Hollandiyanın sektordakı liderliyinə təhlükə yaratmasının qarşısının alınması hədəflənib.

Bütün xəbərlər Facebook səhifəmizdə