Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov Koreya Xalq Demokratik Respublikasını nüvə dosyesi ilə bağlı dialoqa cəlb etmək üçün ona qarşı sanksiyaları ləğv etməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini Rusiya Federasiyasının daimi nümayəndəliyinin rəsmi “Telegram” kanalında yer alıb.
Ulyanovun sözlərinə görə, Koreya Xalq Demokratik Respublikası danışıqlara qoşulmaq üçün praktiki stimullara ehtiyac duyur. Daimi nümayəndə qeyd edib ki, onun konstruktiv hərəkətlərinə BMT Təhlükəsizlik Şurasının qətnamələrində nəzərdə tutulduğu kimi sanksiyaların tədricən yumşaldılması ilə cavab vermək lazımdır. Lakin Şuranın Qərb üzvləri ucbatından buna tam icra olunmayıb.
Rusiyalı rəsmi ABŞ-ın Koreya Xalq Demokratik Respublikası ilə danışıqlara açıq-aşkar hazır olmasına baxmayaraq, bunun üçün heç bir addım müşahidə edilmədiyini də bildirib.
Xatırladaq ki, bundan əvvəl Mixail Ulyanov Qərb ölkələrinin İranın nüvə sazişinin bərpası ilə bağlı danışıqları başa çatdırmağa hazır olmadığını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB