Bu arada Avropa diplomatiyasının rəhbəri Josep Borrell Stokholmda Avropa İttifaqı müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edib. Görüşün nəticəsi olaraq o, Ümumavropa Sülh Fonduna Ukraynaya sursat alınması üçün əlavə olaraq 1 milyard avro ayırmağı təklif edib.
SİA-nın əldə etdiyi məlumata görə, bundan əlavə, o, martın sonuna qədər Avropa İttifaqının 11 mindən çox ukraynalı əsgərin təlimini başa çatdıracağını bildirib.
Qeyd edək ki, ümumilikdə 2023-cü ildə 30 min ukraynalı hərbçi Avropada təlim keçəcək.
Borrell ötən il “Şimal axını” qaz kəmərlərində baş vermiş partlayışlarla bağlı araşdırmanı şərh edib. O qeyd edib ki, söhbət heç şübhəsiz təxribatdan gedir, lakin istintaq başa çatana qədər hər hansı açıqlama vermək tezdir. O, kritik infrastrukturun qorunması üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini qeyd edərək, artıq Avropa İttifaqı və NATO ölkələri tərəfindən bu istiqamətdə addımların atıldığını qeyd edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB