Rusiya ABŞ və NATO ilə birbaşa hərbi münaqişə istəmir, lakin Ukraynada vəziyyətin gərginləşməsi ehtimalı var.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Amerika kəşfiyyat xidmətlərinin ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns bildirilir.
Beləliklə, Haynsa görə, Rusiya hakimiyyəti indiyədək Ukraynadakı münaqişəni onun hüdudlarından kənara çıxara biləcək hərəkətlərdən yayınıb.
Bununla yanaşı, Amerika kəşfiyyatı eskalasiya risklərini əhəmiyyətli kimi qiymətləndirsə də, amma ABŞ kəşfiyyat agentlikləri Moskvanın qarşıdakı 10 il ərzində əsas sahələrdə Vaşinqton üçün nəhəng çağırış olaraq qalacağı qənaətinə gəliblər.
Bundan əvvəl “The Wall Street Journal” ABŞ-ın Rusiya və Çinin təmsil olunduğu “böyük dövlətlər”lə yeni münaqişə dövrünə hazır olmadığını yazıb.
Nəşrin məlumatına görə, son onilliklərdə Vaşinqton əsas diqqətini Yaxın Şərq ölkələrindəki üsyançılar və onlarla qarşıdurmaya yönəldib. Məhz bu mənada hazırda ölkə dünya siyasətinin aparıcı oyunçuları ilə münaqişəyə girmək üçün kifayət qədər sursat və silah istehsal etmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB