...Gürcüstanlı müğənni Meqi Qogitidze Rusiya şəhərlərinə qastrol səfəri çərçivəsində Şimali Osetiyada iki konsert verib.
SİA-nın əldə etdiyi məlumata görə, müğənni videonu sosial şəbəkədə yayımlayıb.
...Və bir çox Cənubi Osetin istifadəçiləri Vladiqafqazdakı “Torne” restoranında gürcü bayraqlarının görünməsindən və gənclərin “gürcücə ifaçı ilə birgə mahnı oxumasından” çaşqınlıqlarını ifadə ediblər.
Belə ki, Ukraynada döyüşən osetin döyüşçüləri də konsertlə bağlı öz hiddətlərini bildiriblər.
Beləliklə, sosial şəbəkələrdə osetin döyüşçü Aleksandr Baqayevin videomüraciəti yayılıb.
Baqayevin dediyinə görə, “...biz bu mədəniyyətə və bu düşmənə qarşı mübarizə apardıq. Bu gün baxıram və Osetiyada gürcü bayraqları oxuyurlar, rəqs edirlər, əylənirlər... Osetiya xalqı, bu düşmənin bizə nə etdiyini unutmuşuqmu? Kimsə 2008-ci ili unudubmu? Biz bu gün də bu düşmənlə mübarizə aparırıq. Burada (Ukraynada – red.) “gürcü legionları” da var. Biz Sxinvalda onlara qarşı vuruşmuşuq, burada da onlara qarşı mübarizə aparırıq.
Nə baş verir?!
Qardaşlar, gəlin namusumuzu, adət-ənənəmizi, milli kimliyimizi, qələbələrimizi düşünək. Bizə nə oldu? Biz burada “gürcü legionlarına” qarşı vuruşuruq, 2008-ci ildə biz onlarla vuruşmuşuq, indi isə onlar bizim Osetiyadadır?!”.
Qeyd edtdiyimiz kimi, bu sözləri Ukraynaya qarşı döyüşən Baqayev bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB