İran gizli şəkildə Rusiyaya böyük partiya sursat verə bilərdi. Bu barədə Sky News telekanalının araşdırmasında deyilir. SİA-nın əldə etdiyi məlumata görə, burada söhbət Xəzər dənizi ilə daşınan 100 milyon patron və 300 min artilleriya mərmisindən gedir.
Jurnalistlərin məlumatına görə, yanvarda iki yük gəmisi “Musa Cəlil” və “Beqey” İran limanlarından Həştərxana 200-ə yaxın konteyner sursat daşıyıb.
Təhlükəsizlik xidmətlərindəki mənbə “Sky News”a bildirib ki, hər iki gəmi Rusiya bayrağı altında üzür.
Yüklər, onun fikrincə, pulemyotlar, tüfənglər, raket və artilleriya qurğuları üçün mərmilərdən, həmçinin dəbilqə və zirehlərdən ibarət olub. Mənbənin sözlərinə görə, Moskva daşınma xərclərini nağd şəkildə ödəyib.
Bu arada “Marine Traffic” elektron gəmi izləmə sistemi bu iki gəminin İrandan Həştərxana üzdüyünü hələ yanvar ayından baş tutduğunu bildirib. Qeyd edək ki, bunlar peyk şəkillərində də görünür. Amma hazırda yükün xarakterini və təqdim olunan rəqəmlərini müstəqil şəkildə təsdiqləmək mümkün deyil.
Yeri gəlmişkən, Kiyev Moskvanı müharibə zamanı mülki hədəflərə hücum etmək üçün İranın “Şahed” kamikadze dronlarından istifadə etməkdə ittiham edir. Amerika tərəfinin bildirdiyinə görə, Tehran artıq Moskvaya yüzlərlə pilotsuz uçan aparat verib ki, Rusiya da onlardan Ukraynadakı hərbi və mülki hədəfləri məhv etmək üçün istifadə edib.
Amma Rusiya bu ittihamları rədd edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB