ABŞ-Pakistan arasında terrorla mübarizədə əməkdaşlıq

ABŞ-Pakistan arasında terrorla mübarizədə əməkdaşlıq

Pakistan və ABŞ arasında keçirilən Terrorla Mübarizə Dialoq Toplantısında İslamabadın terrorla mübarizə imkanlarının artırılması ön plana çıxıb.

SİA xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, 2 gün davam edən Pakistan-ABŞ Terrorla Mübarizə Dialoq Toplantısı paytaxt İslamabadda başa çatıb.

İki gün davam edən görüşdə çoxtərəfli beynəlxalq forumlarda terrorla mübarizədə əməkdaşlıq, regional terrorla mübarizə vəziyyəti, kibertəhlükəsizlik və ekstremizmlə mübarizə kimi məsələlər müzakirə edilib.

Görüşdə çirkli pulların yuyulmasının qarşısının alınması və ədliyyə sisteminin təkmilləşdirilməsi istiqamətində ABŞ-ın dəstək layihələri müzakirə edildikdə, hər iki tərəf bu layihələrin Pakistanın antiterror potensialının artırılmasında əhəmiyyəti vurğulanıb.

Hər iki tərəf terrorun maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı təcrübələrini bölüşərkən, ümumi terror təhdidinin hər baxımdan və bütün formaları ilə mübarizə sahəsində qətiyyəti bir daha ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə