Tripolidə təşkil edilən sərgidə Türkiyədən 40 şirkət iştirak edir

Tripolidə təşkil edilən sərgidə Türkiyədən 40 şirkət iştirak edir

Liviyanın paytaxtı Tripolidə dördüncü dəfə təşkil edilən “Liviya Qida Sərgisi”ndə Türkiyədən 40-dan çox şirkət iştirak edir. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe tərəfindən bazar günü açılışı edilən sərgidə 200-ə yaxın yerli və xarici şirkət fəaliyyət göstərir.

Türkiyənin Tripolidəki səfiri Kenan Yılmaz cari il Türkiye şirkətlərinin ümumi iştirakının 44-ə çatdığını bildirib:

"Bu sərgidə iştiraka iki ölkə arasında kommersiya əlaqələrinin inkişafı baxımından önəm veririk. Ümid edirik ki, sərgilərdə iştirak gələcək illərdə də artacaq və ticarət sahəsində də əlaqələr inkişaf edəcək".

Bildirilib ki, bu gün başa çatacaq sərgidə Türkiyə ən çox iştirakçı ilə birinci yeri, Misir şirkətləri isə ikinci yeri tutub.

Sərgidə Mərakeş, Tunis, Əlcəzair, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İordaniya kimi ərəb ölkələri ilə yanaşı, İtaliya və İspaniya şirkətləri də iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə