Bu arada Çeçenistanın rəhbəri Ramzan Kadırov Çexiyada oğurlanan və indi Praqa polisi tərəfindən “əlimyandıda” axtarılar atının qiymətini səsləndirib.
Sən demə, atın qiyməti on milyon dollar imiş.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Çeçenistan lideri öz “Telegram” kanalında yazıb.
Bundan əvvəl Çexiya polisi Ramzan Kadırova məxsus olan və Avropa İttifaqının sanksiyalarına görə onun mülkiyyəti kimi bloklanan Zazou adlı adlı atın Krabçitse kəndindəki tövlədən oğurlandığını bildirmişdi.
Maraqlıdır ki, Çexiyada onun dəyəri təxminən 18 min dollar dəyərində qiymətləndirilirdi.
Amma, yenə də, Sən demə, bu gün məlum olur ki, Zazunu naməlum şəxslər oğurlayıblar. Axı, bu necə mümkün ola bilər? Oğrular məgər qurd ürəyi yeyiblərmi? Onu hansısa ucqar fermada saxlayırdılar ki, oğrular onu asanlıqla oğurlasınlar? Çexiyanın təhlükəsizlik xidməti hara baxırmış? Demokratik cəhətdən səmərəli və qabaqcıl istintaq üsullarına malik cəsur polis haradadır?
Yeri gəlmişkən xatırladaq ki, Kadırovun özünə və ailəsinə qarşı sanksiyaların ilk qurbanı onun atı olub.
İndi isə naməlum at oğruları, xüsusən də bu atın əsl qiymətini biləndə əllərini qızışdıracaqlar.
Ramzan deyib bunu.
Qeyd edək ki, deyilənlərə görə, hazırda xiffət çəkən Çeçenistan rəhbəri, Zazunun taleyindən, onun pis əllərə düşməyəcəyindən çox narahatdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB