Kiyev ABŞ-dan “F-16” qırıcıları almayacaq..?

Kiyev ABŞ-dan “F-16” qırıcıları almayacaq..?

Ukraynanın müdafiə naziri Oleksey Reznikov, hazırda Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sisteminin bir hissəsi ola biləcək qırıcılara və ya digər hərbi təyyarələrə ehtiyacı olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri “Liga.net”in Ukrayna nəşrinə müsahibəsində danışıb.

Reznikovun sözlərinə görə, indi Ukrayna ilk növbədə hava hücumundan müdafiəni gücləndirməlidir. Buraya yerüstü hədəflərə zərbələr endirəcək hərbi təyyarələr daxildirsə, bu, səmərəliliyi əhəmiyyətli dərəcədə artıracaq. Qeyd edək ki, Reznikov “F-16” qırıcısını hərbi təyyarə üçün ən yaxşı variant adlandırıb.

“Bizə düşmən təyyarəsini, həmçinin qanadlı və ya ballistik raketi, eyni zamanda zərurət yarandıqda yer hədəflərini – anbarları, komanda məntəqələrini eləcə də texnikanın yığılmış ərazisini vura bilən hava hücumundan müdafiə elementlərinə ehtiyacımız var”.

Bunu Ukraynanın müdafiə naziri bildirib.

Reznikovun dediyinə görə, Ukrayna hakimiyyəti artıq Vaşinqtonla Ukrayna Silahlı Qüvvələrinə “A-10 Thunderbolt” təyyarələrinin verilməsini müzakirə edib, lakin nazir qeyd edib ki, “bu təyyarə ləng, ağır uçan qaladır” və uzaq hədəfləri vura bilmir.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Ağ Evin mətbuat katibi Karine Jan-Pyer Ukrayna hərbi pilotlarının gəlişinə baxmayaraq, Kiyevin ABŞ-dan “F-16” qırıcılarını almayacağını bildirmişdi.

Mətbuat katibinin bildirdiyinə görə, onlar gələcəkdə NATO tipli təyyarələri idarə etmək üçün ABŞ-da hazırlıq kursu keçəcəklər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə