''Qadın hüquqları sahəsində köklü dəyişikliklərə ehtiyac var''

''Qadın hüquqları sahəsində köklü dəyişikliklərə ehtiyac var''

Birləşmiş Millətlər Təşkilatının Qadınlar üzrə Agentliyin icraçı direktoru Sima Bahous bildirib ki, qadın hüquqları sahəsində köklü dəyişikliklərə ehtiyac var.

BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) “Qadınlar, Sülh və Təhlükəsizlik” adlı sessiyasında çıxış edən Sima Bahous 20 il əvvəl qəbul edilmiş 1325 saylı qətnamə ilə gender bərabərliyi sahəsində tarixi addım atıldığını, lakin qadın hüquqları sahəsində hələ də mühüm çatışmazlıqların olduğunu bildirib.
"Əslində bu qərarın 20-ci ildönümü bayram deyil, oyanış kimi qəbul edilməlidir".

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Bahous deyib.

"Qadın statusu"nun mühasirəyə alındığına diqqət çəkən Bahous sosial media kimi texnoloji inkişaflarla ortaya çıxan problemlərin qadınlara əhəmiyyətli dərəcədə təsir etdiyinə diqqət çəkib.

Sima Bahous Ukraynada müharibə səbəbindən yurdlarından didərgin düşən 8 milyon ukraynalının 90 faizinin qadın və uşaqlardan ibarət olduğunu ifadə edib.

"Qadın hüquqları sahəsində köklü dəyişikliklərə ehtiyac var", - Bahous deyib.

Qadın hüquqları sahəsində bir-birinin ardınca görüşlər keçirmək əvəzinə konkret addımların atılması lazım olduğuna diqqət çəkən Bahous xüsusilə qadın təşkilatlarına lazımi vəsaitlərin köçürülməsinin vacib olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə