Dünyanın ən tənha evi

Zəlzələdən sonra təhlükəsiz evdə yaşamağa ehtiyacı olan bir çox insan həyatları üçün planlar qurarkən sosial mediada sürətlə yayılan bir foto gündəmə gəlib. SİA xəbər verir ki, fotodakı boş bir adanın ortasında tək dayanan evin arxasındakı hekayə çox maraqlıdır. “Dünyanın ən tənha evi” ilə bağlı diqqətçəkən detallar isə bunlardır.

Hər şeydən və hər kəsdən uzaq bir yerdə yaşamaq şəhər həyatının gərgin tempində tələsən və işinə görə gün ərzində çox insanla ünsiyyətdə olmaq məcburiyyətində qalanların ən böyük arzuları arasındadır. Sosial mediada tez-tez paylaşılan ev, kimsəsiz yerdə sakit həyat sürmək, zəlzələ riski olmayan evdə təhlükəsiz yaşamaq istəyənlərin gündəmindədir. Bəs bu ev haradadır və onun arxasındakı hekayə nədir?

20-ci əsrin sonlarına doğru İslandiyanın cənubunda və dünyanın xaosundan uzaqda yerləşən Ellidaey adasından dünyaya bir fotoşəkil yayıldı. Xüsusilə son illərdə daha çox məşhurlaşan bu fotoşəkildəki evin adı "Dünyada tənha ev" olub. 1930-cu illərə qədər İslandiyanın Vestmann adalarının bir hissəsi olan Ellidaey adası təxminən 300 ildir bir çox ailəyə ev sahibliyi edib. Adadakı ən tənha ev də burada yaşayan balıqçı ailələri tərəfindən tikilib. Evi tikən 5 balıqçı ailəsinin məqsədi qağayı ovlamaq və mal-qara yetişdirmək olub. Evi tikən balıqçı ailələri uzun illər burada sağ qalmağı bacarıblar. 1930-cu illərdə naməlum səbəbdən ada öz taleyinə buraxılıb. Lakin adaya ova gedən balıqçılar sonda ov üçün çox əlverişli olan bu evi mənimsəyiblər.

Əsrarəngiz evdə hələ də işıq və su yoxdur. Halbuki onların yağış sularını yığıb içməli suya çevirə bilən sistemi var. Evin olduqca köhnə olmasına baxmayaraq, ziyarət edən hər kəs tərəfindən yaxşı baxıldığı üçün bu gün də olduqca bütöv olduğu deyilir.

Bir çox insanın yaşamaq arzusunda olduğu evlə bağlı daha sərsəm nəzəriyyələr var. Bəzilərinə görə bu ev dünyanın ən varlı adamı tərəfindən alınıb və özünü mümkün zorakılıqlardan qorumaq üçün buranı özünə sığınacaq düzəldib. O gün gələnə qədər insanların ixtiyarına verilib. Bununla belə, bu nəzəriyyələrin reallıqdan uzaq olduğunu xatırlamaq yerinə düşər.

Bütün xəbərlər Facebook səhifəmizdə