Şimali Koreyadan raket qərarı! - “Bu, müharibə elanıdır”

Şimali Koreyadan raket qərarı! - “Bu, müharibə elanıdır”

Şimali Koreya qitələrarası ballistik raket buraxacağı təqdirdə ABŞ-ın onu dərhal yerə endirəcəyi ilə bağlı xəbərlərə cavab verib. Bəyanatda raket sınaqlarının qarşısının alınmasının müharibə elanı kimi qiymətləndiriləcəyi açıqlanıb. SİA xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq bəyan edib ki, ABŞ-ın ölkəsinin raket sınaqlarına mane olması müharibə elanı sayılacaq.

Yonhap-ın Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) əsas verdiyi xəbərinə görə, Kim ABŞ və Cənubi Koreyanın bütün hərbi fəaliyyətlərinin yaxından izləndiyini, Şimali Koreyanın qitələrarası ballistik raket atacağı təqdirdə ABŞ-ın dərhal aşağı salacaq.

Kim Koreya yarımadasında birgə hərbi təlimlər keçirən ABŞ və Cənubi Koreyanın öz ölkələrinə qarşı istənilən cəhdinə “cavab verməyə” hazır olduqlarını qeyd edib. Şimali Koreyanın raket sınaqlarının ABŞ-ın yurisdiksiyasından kənarda olduğunu deyən Kim “Qonşu ölkələrin təhlükəsizliyinə zərər vermədən açıq sularda və havada strateji silah sınaqlarımıza hərbi cavab veriləcək" ifadəsini işlədib.

Bütün xəbərlər Facebook səhifəmizdə