İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Naminə Hərəkat partiyasının sədri İmran Xanın Böyükşəhər Dairə Məhkəməsi tərəfindən verilən həbs qərarını ləğv edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, Ali Məhkəmənin hökmünə əsasən, Xan 2023-cü il martın 13-də rayon məhkəməsinə gəlməlidir.
Bundan öncə eks-baş nazir İslamabad rayon məhkəməsinin xarici hədiyyələrin satılması ilə bağlı keçirilən iclasda növbəti dəfə iştirak etməyib. Onun vəkilləri Xanın səhhətinin pis olması və 2022-ci ilin noyabrında ona qarşı sui-qəsd nəticəsində aldığı zədələr səbəbindən məhkəməyə gəlməkdən çəkindiyini bildiriblər.
Xatırladaq ki, İmran Xan 2022-ci il aprelin 10-da etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən uzaqlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB