Rusiyanın “Şimal axını” qaz kəmərinə qarşı təxribat aktının arxasında hansısa ukraynayönlü qrup ola bilər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu çərşənbə axşamı “The New York Times” nəşri yazıb.
Qeyd edək ki, nəşr bunu ABŞ rəhbərliyinin rəsmiləri tərəfindən nəzərdən keçirilən yeni kəşfiyyat məlumatlarına istinad edir.
Qəzet bu məlumatı Baltik dənizində qaz kəməri qollarının zədələnməsi ilə bağlı ictimaiyyətə məlum olan ilk mühüm məlumat adlandırır.
Beləliklə, nəşrin istinad etdiyi rəsmilər qeyd edirlər ki, Ukrayna prezidenti Vladimir Zelenskinin və köməkçilərinin hücumda əli olduğuna və ya Ukrayna hökumət rəsmilərindən hər hansı birinin əmr verdiyinə dair əllərində heç bir sübut yoxdur.
Bundan əvvəl Ukrayna hökumətinin və ölkənin hərbi kəşfiyyatının nümayəndələri hücumla heç bir əlaqəsi olmadığını və hücumu kimin həyata keçirdiyini bilmədiklərini bəyan etmişdilər.
Yeni kəşfiyyatla tanış olan amerikalı rəsmilər hücumun iştirakçıları ilə bağlı məlumatların hələ tam olmadığını vurğulayırlar. Ehtimal etmək olar ki, söhbət Rusiya prezidenti Vladimir Putinin əleyhdarlarından gedir, lakin əməliyyata kimin rəhbərlik etdiyi və onu kimin maliyyələşdirdiyi məlum olmadığı kimi, qrup üzvlərinin də adları çəkilmir. Yalnız qeyd olunur ki, qrup Ukrayna və ya Rusiya vətəndaşlarından və ya hər iki ölkənin nümayəndələrindən ibarət ola bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB