“Ukraynaya şöhrət!” sözlərindən sonra öldürülən əsgəri bacısı tanıyıb
...Dünən sosial mediada qətlə yetirildiyi iddia edilən videosu yayılan ukraynalı əsgər, ilkin məlumatlara görə, Timofey Şaduradır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə onun xidmət etdiyi knyaz Konstantin Ostrojski adına 30-cu mexanikləşdirilmiş briqadadan xəbər verilib.
Briqadadan verilən məlumata görə, 41 yaşlı Şadura 2023-cü il fevralın 3-dən Baxmut bölgəsində döyüşərkən itkin düşüb. İndi onun cəsədi Rusiya hakimiyyətinin işğal etdiyi ərazidədir - meyitin qaytarılmasından və ekspertizanın kimliyi nəhayət müəyyənləşəcək
Qeyd edək ki, bundan əvvəl ukraynalı jurnalist Sofiya Koçmar-Timoşenko Şaduranın bacısının sözlərini sitat gətirib: “Yüz faiz mənim qardaşımdır. Bu onun gözləri, səsi və siqaret çəkmə tərzidir”.
Dünən siqaret çəkən ukraynalı əsgərin “Ukraynaya şöhrət!” sözlərindən sonra uzaq məsafədən vurulduğunu əks etdirən video yayılıb.
Qeyd edək ki, Ukrayna hakimiyyəti Beynəlxalq Cinayət Prokurorluğunu istintaqını aparmağa çağırıb.
Onu da qeyd edək ki, Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets də Rusiyanın başqa bir hərbi cinayətinin sübutu kimi internetdə görünən videonu dünyanın müxtəlif yerlərindən olan hüquq müdafiəçilərinə göndərdiyini bildirib.
Prezident Vladimir Zelenski də videoya reaksiya verərək, qatilləri tapacağını vəd edib. Həmçinin bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidməti “Müharibə qanunlarının və adətlərinin pozulması” maddəsi ilə cinayət işi açıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB