Minsk yaxınlığındakı Belarus aerodromunda Rusiyanın A-50 təyyarəsinə qarşı təxribatı Ukrayna vətəndaşı deyil, yerli partizanlar törədiblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”də bildirib.
Ukrayna rəsmisi Belarus prezidenti Aleksandr Lukaşenkonun Maçulişçi aerodromunda A-50 təyyarəsinə qarşı təxribat cəhdində iştirak edən şəxsin Belarus xüsusi xidmət orqanları tərəfindən saxlanılması ilə bağlı bəyanatını şərh edib.
“A-50 spotter təyyarəsinə zərbə yerli partizanlar tərəfindən həyata keçirilən antiterror aksiyasıdır”, - Podolyak yazıb.
Ukrayna prezidentinin ofisinin nümayəndəsi bu təxribatın digər təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, bundan əvvəl Aleksandr Lukaşenka bütün ölkədə “qəddar təmizləmə” əmri verdiyini bildirib. Belarus prezidenti “1941-ci ildə olduğu kimi” düşmənin şəriki olmağa hazır olanların hamısını müəyyənləşdirib təmizləməyə söz verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB