Ramzanın itən atını Çexiya polisi axtarır..?

Ramzanın itən atını Çexiya polisi axtarır..?

Çexiya polisi ölkənin şimal-şərqindəki Krabcice kəndində tövlədən oğurlanması ehtimal edilən ingilis cinsli atı axtarır.

Qeyd edək ki, Çexiya polisini qorxudan atın Çeçenistan rəhbəri Ramzan Kadırova məxsus olduğunun iddia edilməsidir. Ona görə də, deyilənlərə görə, yerli polis total şəkildə bu axtarışa cəlb edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Jezdci.cz” portalı yayıb.

Deməli, Çexiyadakı səlahiyyətli polislərdən birinin dediyinə görə, axtarılan at Ramzanın Avropada dondurulan əmlakı siyahısına daxil edilənlərdəndir.

Qeyd edək ki, qurum rəsmisi vurğulayıb ki, rəhbərlik etdiyi idarənin bu oğurluğun araşdırılması ilə bağlı məlumatı açıqlamaq hüququ yoxdur.

Yəqin, mənə elə gəlir ki, səlahiyyətli çex polisi bunu deyərkən, oğurluq xəbərinin Ramzanın qulağına çata bilməsindən ehtiyatlanır.

Nə bilmək olar, bəlkə də polis haqlıdır. Birdən olmadı elə, oldu belə, yəni bu xəbər Ramzana çatdı.

Deyirəm, onda vay çex polisinin halına...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə