Ukrayna silahlı qüvvələri Baxmut istiqamətində mövqe tuturlar. Onlar hər gün çox sayda hücuma keçirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Azov alayının keçmiş komandiri, Ukrayna Silahlı Qüvvələrinin mayoru Maksim Jorin “Espresso” telekanalının efirində deyib.
Qeyd edək ki, Jorin vəziyyətin həqiqətən kritik olduğunu etiraf edib.
...Biz hər gün mövqelər tutmağa, düşmənin saysız hücumlarını dəf etməyə çalışırıq. Ukrayna Silahlı Qüvvələrinin əsgərləri daim artilleriya və havadan atəşə tutulur. Hazırda Baxmutun şimalında çətin vəziyyət qalmaqdadır.
Vəziyyətin kritik olduğunu deyən Jorin, lakin buna baxmayaraq, yenə də nəzarət altında olduğunu bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Baxmutla əlaqə saxlamaq imkanını saxlayır.
...Biz maşınla şəhərə girib-çıxa, döyüş sursatı gətirə və ya yaralıları şəhərdən çıxara bilirik.
Bundan əlavə, Baxmut və onun ətrafında mövqe tutmaq əmrini də yerinə yetiririk.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB