...Abxaziyanın özünü elan etmiş respublikasının “xarici işlər naziri” İnal Ardzinba, Gürcüstanın Abxaziyanın suverenliyini tanımasına istəyir.
SİA-nın əldə etdiyi məlumata görə, o, bunu “Solovyov Live” telekanalının efirində bildirib.
“...Biz beynəlxalq Cenevrə müzakirələrində iştirak edirik, bu, hələlik Abxaziyanın təmsil olunduğu yeganə beynəlxalq formatdır. Biz Rusiya və Cənubi Osetiya ilə vahid komanda kimi çıxış edirik. Təəssüflər olsun ki, hazırda beynəlxalq geosiyasi vəziyyətlə əlaqədar olaraq biz Cenevrə müzakirələri platformasında durğunluq yaşayırıq, lakin ümid edirik ki, bu platformada əsas nəticəyə nail olacağıq – bu, hər iki tərəf üçün məcburi olan sazişin imzalanmasıdır. Gürcüstanla gücdən istifadə etməmək haqqında saziş imzalasa, bu, Abxaziya Respublikasının dövlət suverenliyinin Gürcüstan tərəfindən tanınması üçün çıxış yoludur. Axı qərblilər hələ də bizi separatçı hesab edirlər”.
Bunları deyən Ardzinba, əlavə edib ki, Rusiya Federasiyası Abxaziyanın əsas strateji tərəfdaşıdır.
“Bizim hərtərəfli əməkdaşlığımız var, o, həyatımızın bütün sahələrinə sirayət edir – bu, müdafiə, təhlükəsizlik, iqtisadiyyatdır. Rusiya Federasiyası Abxaziyanın sosial-iqtisadi inkişafına kömək etmək üçün investisiya proqramı həyata keçirir”, - deyə o bildirib.
Yeri gəlmişkən, Abxaziyanın xarici siyasətinin əsas prioritetlərindən biri kimi Yaxın Şərq olduğunu deyən Ardzinba, “Suriya, Livan, Əfqanıstanla fəal iş getdiyini, amma Gürcüstanın bu beynəlxalq əlaqələri əngəlləməyə çalışdığını deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB