Zəlzələnin ziyanını aradan qaldırmaq üçün Türkiyəyə nə qədər vəsait lazımdır?

BMT-nin İnkişaf Proqramının (BMTİP) Türkiyədəki daimi nümayəndəsi Luiza Vinton mətbuat brifinqində “Türkiyəyə zəlzələ nəticəsində dəymiş ziyan 100 milyard dolları keçəcək” deyib.
Zəlzələnin ziyanını aradan qaldırmaq üçün Türkiyəyə nə qədər vəsait lazımdır?

“Türkiyəyə zəlzələ nəticəsində dəymiş ziyan 100 milyard dolları keçəcək”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu BMT-nin İnkişaf Proqramının (BMTİP) Türkiyədəki daimi nümayəndəsi Luiza Vinton mətbuat brifinqində deyib.

Fevralın 6-da baş verən zəlzələlərdən bir ay keçdiyini bildirən L.Vinton zəlzələ səbəbiylə bölgədə 2,7 milyon insanın didərgin düşdüyünü, 600 minə yaxın bina və ya iş yerinin dağıldığını vurğulayıb.

L.Vinton "Bu günə qədər aparılan hesablamalara görə, hökumətin təqdim etdiyi və beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənən zərərin məbləğinin 100 milyard dolları keçəcəyi təxmin edilir" deyib.

Nümayəndə Vinton deyib ki, fəlakətin ölçüləri görünməmiş səviyyədədir. İnsanların evləri, arzuları, xatirələri, hər şey dağıntılar altında qaldı. Amma o qədər böyük fəlakət oldu ki, 100 milyon kubmetr dağıntı yarandı və bu, ciddi miqdardır".

Vinton "Beynəlxalq ictimaiyyətə mesajımız bu fəlakətin ölçüsünü anlamaqdır. BMT-nin Baş katibi Antonio Quterreşin dediyi kimi, indi Türkiyənin illərdir suriyalılara göstərdiyi səxavəti Türkiyeyə göstərməyin vaxtıdır. Bu, sadəcə bölgədəki fiziki strukturun bərpasının maliyyələşdirilməsi baxımından deyil, ictimaiyyətin normal həyata qayıtması baxımından çox vacibdir. Bölgənin yenidən inkişafını dəstəkləmək üçün bir çox maliyyə mexanizmləri də mövcuddur” deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə