Polşanın milli müdafiə naziri Mariuş Blaşçak ABŞ-ın Kiyevə ayırdığı “Patriot” hava hücumundan müdafiə sistemlərinin artıq Ukrayna ərazisinə gətirildiyini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Blaşçak qeyd edib ki, Polşa ABŞ tərəfindən Ukraynaya “Patriot” hava hücumundan müdafiə sisteminin ayrılmasında mühüm rol oynayıb və Varşava bu silahlarla bağlı məsələnin həllində Kiyevə çox kömək edib.
“Xüsusilə qeyd etməliyəm ki, Polşanın göstərdiyi səylər sayəsində “Patriot” batareyaları və ya ilk “Leopard” tankları, digərləri ilə yanaşı, artıq Ukraynaya çatıb”. Bunu Polşa Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Bundan əlavə, Blaşçak, Kiyevə lazım olan qırıcıların probleminə qayıdıb və qeyd edib ki, onların təchizatı ilə bağlı qərar daha geniş müttəfiqlər səviyyəsində qəbul edilməlidir.
Polşanın müdafiə nazirinin sözlərinə görə, martın əvvəlinə onun ölkəsi artıq Ukraynaya 2,2 milyard avrodan çox dəyərində silah ötürüb.
Yeri gəlmişkən xatırladaq ki, bir müddət bundan əvvəl Ağ Evin mətbuat katibi Karine Jan-Pyer Ukrayna hərbi pilotlarının ABŞ-a gəlməsinə baxmayaraq, Vaşinqtonun Kiyevə “F-16” qırıcıları ayıracağının hələ ki, sual altında olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB