Yaponiyada buraxılan və müşahidə peyki daşıyan yeni tipli H3 raketi ikinci mühərrik işə düşmədiyi üçün partladılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya Kosmik Tədqiqatlar Agentliyinin (JAXA) açıqlamasına görə, yerli vaxtla saat 10:37-də paytaxtın 1000 kilometr cənubunda yerləşən Taneqaşima Kosmik Mərkəzindən atılan H3 raketinin ikinci pilləli mühərriki uçuşdan 8 dəqiqə sonra alovlana bilməyib. Bu səbəbdən, H3 raketinə yerli vaxtla səhər saat 10.50 radələrində partladılması tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB