İndoneziyada ölənlərin sayı 15-ə çatıb

İndoneziyada ölənlərin sayı 15-ə çatıb

İndoneziyanın şimalında baş verən torpaq sürüşmələri nəticəsində azı 15 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə İndoneziyanın “Detik” xəbər portalı məlumat yayıb.

Bildirilib ki, daha 80-ə yaxın insan itkin düşüb.

Ölkənin şimal hissəsindəki Riau adalarında güclü leysan yağışları nəticəsində silsilə sürüşmə baş verib. Hazırda əlverişsiz hava şəraiti ilə çətinləşən axtarış-xilasetmə işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə