Türkiyədə güclü fırtına olub

Türkiyədə güclü fırtına olub

Türkiyənin Rize şəhərində səhər saatlarından başlayan fırtına bəzi evlərin damını uçurub, ağacların budaqları qopub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, binalardan uçan tikinti materialları ətrafa səpələnib. Park edilmiş avtomobillərin üzərinə düşən dam örtükləri və budaqlar Güneysu-Rize avtomobil yolunu qismən nəqliyyata bağlayıb. Quru yolu və bələdiyyə qruplarının təmizlik işlərinin ardından yol yenidən açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə