Ukraynalılar Artemivsk ətrafında qruplaşmalar yaradırlar

Ukraynalılar Artemivsk ətrafında qruplaşmalar yaradırlar

Bu arada “Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojin Ukrayna ordusu əsgərlərinin Artemivsk ətrafındakı yaşayış məntəqələrində qruplaşmalar yaratdıqlarınə bildirib:

“Ukrayna Silahlı Qüvvələri Artemivsk (Baxmut) ətrafında bir sıra qruplar yaradıblar”.

“Vaqneritlər”in Artemovskın qarşısını kəsdiklərini deyən Priqojin, ukraynalı hərbçilərin onun blokunu açmaq üçün bir sıra qruplar yaratdıqlarını bildirib. Onun dediyinə görə, ümumilikdə dörd belə qrup yaradılıb. Qruplar Slavyansk, Seversk, Çasov Yar və Konstantinovkada yerləşdirilib.

Qeyd edək ki, özəl hərbi şirkət təsisçisi

bu qrupların yaradılmasında əsas məqsəd Artemovskda “Vaqner” PMC döyüşçülərinin qarşısını almaq olduğunu deyib.

Maraqlıdır ki, Priqojin cəbhənin bu sektorunda yerləşən bütün rus bölmələri arasında qarşılıqlı əlaqənin vacibliyini qeyd edib.

Onun fikrincə bu, Ukrayna hərbçilərinin tam bloklanması üçün lazımdır.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı və Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski Artemevskda həm müdafiə döyüşlərini davam etdirmək, həm də Ukrayna ordusunun ərazidəki mövqelərini gücləndirmək barədə danışmışdılar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə