Rusiyada döyüşə qocalar “gedir”, yoxsa..?

Rusiyada döyüşə qocalar “gedir”, yoxsa..?

...Bunu isə Ukrayna saytları yazır.

Deməli, onların yazdığına görə, hazırda Ukraynaya qarşı müharibədə verdiyi itkiləri gizlətməyə ya da gizlətməyə çalışan ruslar müxtəlif yollar arayırlar.

Amma deyəsən, artıq tapıblar. Belə ki, indi də Donetskdəki “hərbi komissarlıqlar” hərbiyə yararlı və ya yararsız, dəxli yoxdur,.. təqaüdçülər arasında ehtiyatda olan zabitlər axtarmağa başlayıblar.

SİA Ukrayna saytlarına istinadən, rusların hər gün şəxsi heyətində xeyli itki verdiyini yazırlar.

...Ona görə də onların yerini doldurmaq üçün tədbirlər görməkdən əl çəkmirlər. Bu yaxınlarda müvəqqəti işğal altında olan Donetskdə hərbi komissarlıqlara yaşı 65-dən aşağı olan ehtiyatda olan zabitlərin şəxsi etimadnaməsini dəqiqləşdirmək tapşırılıb.

Qeyd edilir ki, bu siyahıya 50 yaşınadək ehtiyatda olan əsgərlər, çavuşlar və gizirlər də daxildir.

İddialara görə, bundan başqa, müvəqqəti işğal olunmuş Luqansk vilayətinin Kadievka şəhərindəki “Donbass” otelində aqressiv hərbi həkim komissiyası işləyir.

Deyilənlərə inansaq, bu həkimlərin əsas işi Rusiya işğalçı qüvvələrinin 2-ci Ordu Korpusunun yaralı hərbçilərinin növbəti xidmətə qayıtmağa yararlı olduqlarını tanımağa yönəlib.

...Bu yolla Rusiya hərbi rəhbərliyi öz hissələrini tez bir zamanda bərpa etməyə çalışır.

Qeyd edim ki, bunu da Ukrayna saytları bildirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə